Dörd ildən çox müddətdə həyata keçirilən təşviq əsaslı vergi siyasəti əmək bazarında əhəmiyyətli dəyişikliklərə səbəb olub. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən iş yerlərinin rəsmiləşdirilməsi, əməkhaqqı fondunun “ağardılması” və şəffaflılığın təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlərin nəticəsi olaraq, bağlanmış əmək müqavilələrinin sayı 2019-cu ilin əvvəli ilə müqayisədə 353,9 min vahid artıb və 2023-cü ilin aprel ayının 1-nə 1.755,8 minə çatıb. Qeyri-neft sektorunun özəl bölməsində həmin göstərici 298,1 min vahid artaraq 838 min təşkil edib.